Səbail rayonunda yerləşən parkın təmiri yekunlaşmaq üzrədir. Bu haqda BakuPlus.az RİH-yə istinadən bu gün, 19 oktyabr tarixində xəbər verir.
Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Bayıl yaşayış massivi, İbrahim Məmmədov küçəsində yerləşən parkda son tamamlama işlərinin gedişi ilə tanış olub.
O, aparılan yenidənqurma işlərinin vaxtında başa çatdırılması üçün müvafiq tapşırıqlar verib.
[caption id="attachment_75456" align="alignnone" width="640"]
Foto Səbail Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]