Bakı Dövlət Universitetinin tələbəsi vəfat edib. Bu haqda 20 iyul tarixində Bakuplus.az məlumat verir.
BDU-nun Filologiya fakültəsinin III kurs tələbəsi Muxtarova Esmira Mirələsgər qızı dünyasını dəyişib.
Universitetdən bildirilir ki, o, bu ilin aprel ayında beyin iflici keçirmişdi.
Bundan əvvəl Azərbaycan Diplomatik Akademiyasının tələbəsi də xəstəlikdən vəfat etmişdir.