Bakıda növbəti yeraltı parklanma məntəqəsi istifadəyə verilib.
Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsinin Həsən Əliyev və Fətəli xan Xoyski küçələri ilə kəsişməsində yerləşən parkın yeraltı dayanacağında avtomobillərin parklanması üçün müvafiq infrastruktur qurulub.
Yeraltı dayanacaq 376 avtomobil yerlikdir. Parklanma məntəqəsinin birinci mərtəbəsində 181, ikinci mərtəbəsində isə 195 yer mövcuddur. İkimərtəbəli dayanacaq təhlükəsizlik kameraları ilə təchiz edilib, giriş-çıxışlarda nömrətanıma sistemi tətbiq olunur.
