Bu il avqustun 15-də müsabiqəyə çıxarılan avtobus marşrutları üzrə müsabiqənin nəticələri oktyabrın 9-da məlum olacaq. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
Müsabiqəyə 33 və 36 nömrəli şəhərdaxili, 168 nömrəli qəsəbədaxili və 169 nömrəli şəhərətrafı marşrutlar çıxarılıb.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.