Bakıda “Davamlılıq forumu 2021” keçirilir. Tədbir Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə baş tutub. Bu haqda 12 oktyabr tarixində Report xəbər verib.
Tədbirin əsas məqsədi yaşıl texnologiyalar sahəsində ən yaxşı təcrübə mübadiləsi üçün platforma yaratmaqdır.
Forum Almaniya şirkətlərinin nümayəndələrinin “Azərbaycanda Dayanıqlı Su və Tullantı Sularının İdarə Edilməsi” mövzusunda olan 4 günlük işgüzar səfərinin bir hissəsidir.
“Davamlılıq Forumu 2021”dən sonra Azərbaycan şirkətləri alman mütəxəssislərinin moderatorluğu ilə kənd təsərrüfatı və sənaye sahələrində ixtisaslaşmış seminarlarda iştirak etmək imkanı əldə edəcəklər.