Bakı və Abşeron yarımadasında küləyin sürəti güclənəcək. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
21 dekabr tarixində, günün 2-ci yarısından etibarən 24 dekabr tarixinə qədər Bakı və Abşeronda küləyin arabir 15-18 m/s, 23 dekabr gündüz isə yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.