Bakıda gənc dənizçi qəflətən dünyasını dəyişib. Bu haqda bu gün, 8 iyun tarixində Qafqazinfo məlumat verib.
Verilən məlumata əsasən, mərhum Nadir Musayev Xəzər Dəniz Gəmiçiliyi ASC şirkətində gəmi kapitanının baş köməkçisi vəzifəsində çalışırdı.
Ölümünün dəqiq səbəbi açıqlanmasa da, onun qəfil öldüyü bildirilir.