Bu gün, 25 yanvar tarixində Bakıda Gömrük Sərnişin Məlumat mərkəzi açılıb. Bu haqda Report Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə istinadən məlumat verib.
Açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva da iştirak ediblər.
Bu mərkəz təhlükəsizliyə və effektiv risklərin idarə edilməsi sisteminin tətbiqinə mühüm töhfə vermək üçün nəzərdə tutulub.
[caption id="attachment_30880" align="alignnone" width="800"]
Foto Report.az[/caption]