Bakıda ötən sutka ərzində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar olunaraq saxlanılıb. Bu haqda bu gün, 5 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Vətəndaşlar icazə olmadan evini tərk ediblər. Polis əməkdaşları xəstələri müalicə təyin olunan ünvanlarına çatdırıblar. Şəxslər barəsində cinayət qanunvericiliyinə uyğun olaraq tədbir görülüb.
Oxşar hadisə 3 noyabr tarixində qeydə alınmışdır. Sabunçu rayonunda ictimai yerdə koronavirus xəstəsi Bakı şəhər sakini R.Qarayev saxlanılmışdır.