Bakıda 54 nəfəri gün vurub. Bu haqda 16 avqust tarixində Report məlumat verib.
Günvurma ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib. Onlardan 27 nəfəri hospitalizasiya edilib ( 20 nəfəri böyük, 7-si uşaq), 27 nəfərə isə yerində yardım göstərilib. Müraciət edənlərdən 40-ı böyük, 14-ü uşaqdır.