Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
25 iyun tarixində Bakıda və Abşeron yarımadasında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin günün birinci yarısında havanın qısamüddətli tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz isə 30-35 dərəcə isti olacaq.