Gömrük xidmətinin sabiq rəisi vəfat edib. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
General-mayor İsmayıl Ələkbərov ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Ələkbərov Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi olub.
O, 2022-ci ildə DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrə əsasən, təqaüdə göndərilmişdi.