Bakıda ilk dəfə olaraq “Geomining” Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirilir. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Oktyabrın 26-27-də təşkil olunan tədbir Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Beynəlxalq Mədən və Geologiya Forumu 30-a yaxın ölkədən 70 eksperti, o cümlədən dövlət sektorunun nümayəndələrini, alimləri, investorları və özəl mədən şirkətlərini birləşdirir.