Bakı həbsxanalarının birində ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Məhkum Cümə Mustafayev Bakıda yerləşən cəzaçəkmə müəssisələrinin birində dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
C.Mustafayev ötən il 30.000 AZN pul oğurlamaqda təqsirli bilinərək həbs edilmişdi.