Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 25 iyun tarixində Bakuplus.az Milli Hidrometerologiya Xidmətinə istinadən xəbər verir.
26 iyun tarixində Bakıda və Abşeron yarımadasında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin səhər saatlarından başlayaraq güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 21-26, gündüz isə 26-29 dərəcə isti olacaq.