Bakıda havanın yağıntılı keçəcəyi gözlənilir. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
14 avqust tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 isti, gündüz isə 30-35 dərəcə isti olacaq.