Bakıda havanın yağıntılı keçəcəyi gözlənilir. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
15 avqust tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 26-30° isti olacaq.