Ölkədə hava mülayimləşəcək. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
20 oktyabr səhər saatlarından yağıntılar tədricən kəsiləcək. Bakı, eləcə də ölkə ərazisində bu gün gündüz və oktyabrın 21-22-də hava şəraiti sabit olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.