Bakıda hava şəraiti açıqlanıb. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz isə 27-32 dərəcə isti olacaq.
Ümumilikdə Azərbaycanın əksər rayonlarda havanın, əsasən, yağmursuz olacağı, lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.