Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
30 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-23, gündüz isə 28-32 dərəcə isti olacaq.