Bakıda və Abşeron yarımadasında tozun miqdarı yüksək olaraq qalır. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Paytaxtda və Aşeronda havada tozun miqdarı normadan 2,8-3,2 dəfə çoxdur.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”, – deyə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova qeyd edib.