Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti davam edir. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2 dəfə çoxdur. Müşahidə olunan toz transsərhəd xarakterlidir.
“Cənub-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması nəticəsində tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir. Artıq bir neçə gündür ölkə ərazisində müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən Azərbaycana daxil olan toz dumanıdır", – deyə qurum qeyd edib.