İyulun 9-da Bakıda havanın maksimal temperaturu iqlim normasından 8 dərəcə yüksək olub. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az məlumat verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında 40 dərəcə isti olub.
Naxçıvan Muxtar Respublikasında da eyni temperatur müşahidə olunub, Aran rayonlarında 42 dərəcəyədək, dağlıq ərazilərdə 26 dərəcəyədək isti olub.