Bakıda havanın temperaturu yüksələcək. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
21 may tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-15, gündüz isə 19-24 dərəcə isti olacaq.