Bakıda sabaha olan hava proqnozu haqda məlumat verilib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
6 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26, gündüz isə 34-39 dərəcə isti olacaq.