Bakıda havanın temperaturu 36 dərəcəyə qalxacaq. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
5 iyun tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz isə 31-36 dərəcə isti olacaq.