Paytaxtın müxtəlif ünvanlarında qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb. Bu haqda bu gün, 16 sentyabr tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidməti məlumat yayıb.
Reydlər Nərimanov, Sabunçu və Səbail rayonlarında keçirilib. Obyektlərdə bir müddət əvvəl sökülmüş və yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Aparılan reydlər zamanı sökülmə işləri 5 obyektdə görülüb.