Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlayıb. Bu haqda 12 oktyabr tarixində Bakuplus.az AQTA-ya istinadən xəbər verir.
Reydlər Xəzər rayonunda keçirilib. Obyektlərdə bir müddət əvvəl sökülmüş və yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Aparılan reydlər zamanı sökülmə işləri 2 obyektdə görülüb.