Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlayıb. Bu haqda 19 oktyabr tarixində Bakuplus.az AQTA-ya istinadən xəbər verir.
Reydlər Xətai və Suraxanı rayonlarında keçirilib. Obyektlərdə bir müddət əvvəl sökülmüş və yenidən quraşdırılmış qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Aparılan reydlər zamanı sökülmə işləri 6 obyektdə görülüb.