Bakıda noyabrın 4-ü "Zəfər Günü"nə həsr olunmuş qanvermə aksiyası keçiriləcək. Bu haqda ASAN Könüllülərinin rəsmi İnstagram hesabı məlumat verib.
Aksiyanın məqsədi vətən müharibəsində qan tökmüş şəhidlərin və qazilərin müqəddəs xatirəsini əbədi yaşatmaqdır. Qan vermək istəyənlər noyabrın 4-ü Bakı üzrə 6 saylı "ASAN xidmət" mərkəzinə yaxınlaşa bilərlər.
Aksiya 6 saylı Bakı "ASAN xidmət" mərkəzi könüllüərinin təşəbbüsü və Mərkəzi Qan Bankının dəstəyi ilə təşkil olunacaq.
Həmçinin, aksiya Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Masallı, Sabirabad, Quba regional "ASAN xidmət" mərkəzlərində keçiriləcək.