Bakıda COVİD-19 xəstələri ilə çalışan səhiyyə işçilərinin maaşı barədə verilən qanunun müddəti uzadılıb. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Koronavirus xəstələrinin müalicə aldığı xüsusi ambulator tibb məntəqələrində xidmət göstərən tibb işçilərinin əməkhaqqılarına müvəqqəti əlavənin ödənilməsi 1 mart 2022-ci ilə qədər uzadılıb.
Onlar maaşlarının 3 misli məbləğində əməkhaqqılarını 1 iyul 2020-ci ildən 1 yanvar 2022-ci ilə qədər almışdılar.