Bakının bəzi küçələrində işıqforlar işləmir. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Yağışlı hava şəraitinə görə paytaxtın bir sıra küçələrindəki işıqforlarda nasazlıqlar yaranıb.
“Hazırda problemin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir”, - deyə açıqlamada bildirilb.