Bakıda polis rəisi vəzifəsinə yeni təyinat olub. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Səbail Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Atik Cəlilzadə vəzifədən azad edilib. O, Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin rəisi təyin edilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.