İyulun 23-də paytaxtda “iFest” innovasiya və texnologiya festivalı keçiriləcək. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tədbirə 1000-dən çox ziyarətçi qatılacaq. Festival çərçivəsində 30-a yaxın startapın sərgisi, investor görüşləri ("pitching"), "Startap Forum"un təqdimatı, həmçinin panel müzakirələri, texnoloji şoular, maraqlı konsert proqramı baş tutacaq.
Silsiləvi xarakter daşıyan festival bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ilin noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) həsr olunur və “Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı ilə keçirilir.
Festival “Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası” (KOBSKA) İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq.