Azerbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki institutunun adı dəyişdirilib. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun adı Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu olub.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun adı isə Arxeologiya və Antropologiya İnstitutuna dəyişdirilib.