Martın 12-14-də Bakıda Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq elektromobillərin sərgisi keçiriləcək. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az məlumat verir.
AADA-dan verilən məlumata görə, “Auto Eko-2023” avtosərgisi çərçivəsində ən son modellərin premyerası gözlənilir.
Sərginin rəsmi açılışı 12 mart saat 12:00-da olacaq.