Bakı Ağır Cinayətlər Məhkəməsində insan alveri ilə məşğul olan Nigeriya vətəndaşına hökm oxunub. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Nigeriya Federativ Respublikasının vətəndaşı Onyebuçi Sopia Ada öz həmyerlisi olan qadını aldadaraq istismar məqsədilə cəlb etdiyinə görə insan alveri cinayətini törətməkdə ittiham olunub. Faktla bağlı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.
Hakimin qərarı ilə onun əməlləri sübuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.