Bakıda insan alverində təqsirləndirilən qadına hökm oxunub. Bu haqda 2 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ülviyyə Həsənova 2016-2018-ci illərdə üç azərbaycanlı qadına yüksək maaş vəd edərək onları Türkiyəyə işləmək adı ilə aparıb. Lakin Türkiyəyə çatanda onları şantaj edərək cinsi istismara məruz qoyub.
Həsənova Cinayət Məcəlləsinin “İki və ya daha çox şəxs barəsində insan alveri törətmək” maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.