Bakıda 1.5 milyonluq dələduzluq edilib. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
“Zamin Əmlak Agentliyi” ipoteka ilə ev almaq istəyənlərə qarşı dələduzluq edib. Agentliyin direktoru Oqtay Zərbalıyev, agentliyin satış menecerləri – Orxan Əliyev və Natiq Şahmuradov külli miqdarda dələduzluqda ittiham olunurlar.
Verilən məlumata görə, ipoteka ilə mənzil almaq istəyənlərə kömək etmək adı ilə şübhəli şəxslər 1.490.200 manat alıblar. Onlar 33 nəfəri aldadıblar.
Həmin şəxslər barəsində “dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə” maddəsi ilə cinayət işi açılıb. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq aparılır. Məhkəmənin hazırlıq iclası avqustun 29-da hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək.