Bakıda şirkət rəhbərinin ölkədən çıxışına "stop” qoyula bilər. Bakuplus.az bu barədə 30 may tarixində Qaynarinfo.az-a istinadən xəbər verir.
Camaata pul paylayan "Azpulmat"la eyni ünvanda yaradılan "İdo Events And Tours” MMC-nin qanuni təmsilçisi Fərman Xasmətov Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə verilib.
İş Sumqayıt Kommersiya Məhkəməsində Zülfüqar Sadiqovun sədrliyi ilə araşdırılacaq. Qərar qəbul edilərsə, F. Xasmətovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, "Azpulmat" adlı aparatın sahibi Tural Vəliyevin rəhbəri olduğu "Azpul" MMC də eyni ünvanda qeydiyyatdan keçib. Fərman Xasmətov da şirkətin təsisçilərindən biridir.