Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
9 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz isə 32-37 dərəcə isti olacaq.