Bakıda yaşlı kişi itkin düşüb. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
68 yaşlı Oruc İsgəndərov ötən gün yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. Hazırda onun axtarışları aparılır.
Həmin şəxsi görənlərdən DİN-in çağrı mərkəzinə müraciət etmələri xahiş olunur.