İyun ayında Bakıdakı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27 nəfər günvurma ilə bağlı müraciət edib. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az mərkəzə istinadən məlumat verir.
Məlumata görə, onlardan 5-i xəstəxanaya yerləşdirilib, 20-nə yerində yardım göstərilib, iki nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib. Pasiyentlər arasında 6 və 7 yaşlı iki uşaq da var.
Ötən ilin iyun ayında təcili tibbi yardıma günvurma diaqnozu ilə 9 nəfər müraciət edib.