Bakıda hava dəyişəcək. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
1 may tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mayın 1-i və 2-də günün birinci yarısında şimal-qərb küləyinin 15-28 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 14-18, gündüz isə 21-26 dərəcə isti olacaq.