Bakıda narkotik alveri ilə məşğul olan şəxs barəsində hökm oxunub. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Nadim İmanverdiyev 7 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Təqsirkar İrandan Azərbaycana onlayn yolla narkotik vasitə gətirərək ölkə ərazisində satmaq istəyib. O, İran vətəndaşı, Seyfur Rza adlı şəxslə Xətai rayonu, Xəzər küçəsi, 4 ünvanında qoyulmuş 1 ədəd bağlamada 16 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuananı götürəcəyi ilə bağlı razılığa gəlmişdir.