Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Yarmarkada 40-a yaxın fermerin iştirakı gözlənilir. Tədbirdə 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək. Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək.
Yarmarka 2 gün müddətində – 6 və 7 iyul tarixlərində Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yanı) keçiriləcək.