Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda parklanma yerləri üzrə baş plan hazırlayıb. Bu haqda bu gün, 1 fevral tarixində BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib.
Onun sözlərinə görə, plana əsasən, tariflər əsas hərəkətli küçələrə uyğun müəyyən edilir. Tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir.