top
Bakıda küçə sənəti ilə məşğul olmaq istəyənlər üçün şərait yaradılır
27 avqust 2024, 05:49
- ↺ +

Bakıda küçə sənəti ilə məşğul olmaq istəyənlər üçün şərait yaradılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Küçə sənətçiləri” layihəsi ilə bağlı elan verilib

Dövlət Turizm Agentliyi xəbər verir ki, Bakı-Abşeron Regional Turizm İdarəsi "Küçə sənətçiləri" layihəsində iştirak etmək üçün müsabiqə elan edir.

20 qalib iştirakçı Bakı şəhərinin mərkəzində xüsusi ayrılmış çıxış yerlərində öz istedadlarını və sənətini sərbəst şəkildə nümayiş etdirə biləcəklər.

Layihənin müsabiqə mərhələsində qısa zaman çərçivəsində akrobatika, şarlardan müxtəlif formalı əşyaların düzəldilməsi, karikaturalar, klounluq, komediya, rəqs, ifaçılıq, sehrbazlıq, mim, pantomim, canlı heykəl, musiqi performansları, solo ifaçılar, 2 və 3 nəfərlik kiçik qruplar, kuklaçılıq, hekayə, şeir və ya nəsr oxuyanlar, o cümlədən eskiz və rəssamlıq kimi küçə sənəti, fotoqraflıq, xalça toxuma, küçə teatrı və s. ilə məşğul olan sənətçilər mütəxəssis sənətşünaslar tərəfindən seçiləcək.

Növbəti mərhələdə isə onlar müvafiq çıxış yerlərində yerləşdiriləcək və fəaliyyətlərinə nəzarət edilməklə sərbəst çıxış etmələri üçün şərait yaradılacaq.

Müsabiqənin seçim turu 2 mərhələdə keçirilir. 1-ci mərhələdə iştirakçıların onlayn olaraq təqdim etdikləri öz çıxışlarından ibarət 3 dəqiqəlik videoçarxlar mütəxəssislər tərəfindən müsbət və mənfi rəylər verilməklə qiymətləndiriləcək.

Müsbət rəy alan namizədlər 2-ci – əyani mərhələdə iştirak edəcəklər. Müsabiqənin əyani seçim turunda isə qiymətləndirmə 10 ballıq şkala üzrə aparılacaq və müvafiq dayanma yerlərinin sayına uyğun olaraq ən yüksək bal toplamış sənətçilər qalib olub, növbəti 6 ay ərzində layihədə iştirak etmək hüququ qazanacaqlar.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 28 avqust – 28 sentyabr tarixlərində aşağıda göstərilən telefon və elektron poçt vasitəsilə əlaqə yarada bilərlər.

📞Telefon: (+99412) 498 12 44

📧Elektron poçt: baku@tourism.gov.az

Müsabiqə qaydaları ilə buradan tanış olmaq olar.

[caption id="attachment_147939" align="alignnone" width="300"]Bakıda küçə sənəti ilə məşğul olmaq istəyənlər üçün şərait yaradılır Foto DTA[/caption]

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər