APA-nın Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevə istinadən verdiyi məlumata görə, paytaxtda kart sisteminə qoşulan avtobuslara onlayn rejimdə nəzarət etmək olar.
Ağayev qeyd edib ki, avtobusların hərəkəti dispetçer məntəqəsindən idarə etdirilir, və həmin məlumat vətəndaşlarla bölüşdürüləcək.
BNA-nın mətbuat xidmətinin rəhbəri qeyd edib ki, hazırda dayanacaqlarda asılan monitorlar köhnəlib və istifadə olunmayacaq. Agentlik avtobusun yerini təkcə dayanacaqdakı ekranda deyil, həm də mobil cihazlarda və kompüterlərdə görmək imkanı verən sistemi işə salmağı planlaşdırır.