“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının bütün mərkəzi hotellərində yerlər dolub. Bu haqda bu gün, 19 aprel tarixində Trend Azərbaycan Hotel Assosiasiyasına istinadən məlumat verib.
"Yarışlarla bağlı şəhərin mərkəzində yerləşən bir sıra iri hotellər daha çox turist qəbul edib. “Formula 1” trekindən məsafəcə biraz aralı olan hotellərin də 70%-dən çoxu dolub. Bu, mövsüm üçün çox yaxşı göstəricidir”, - qurumdan bildirilib.
Mehmanxana qiymətləri əvvəlki aylarla müqayisədə hotellərin kateqoriyasından və göstərilən xidmətlərdən asılı olaraq artıb. Turistlərə göstərilən xidmətlər sırasına şəhərdaxili və respublikanın regionlarına səfərlərin təşkili də daxildir.
Bu il “Formula 1” Azərbaycan Qran-prisi aprelin 28-dən 30-dək keçiriləcək.